19 
Sen
2017
14:38
11
380
3618
Virtual karabakh

Abid Şərifov: Bakıya 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa

19 Sen, 2017
14:38
3618

Abid Şərifov: Bakıya 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropanın, ABŞ-ın ən qədim və zəngin şəhərləri, suyun içərisində batır. Hələ Tokio şəhərindən, Asiya ölkələrindən danışmıram. Bu məsələ ilə bağlı düz danışaq, birtərəfli düşünməyək. Bu ölkələrin suyun altında qalması bəzən insan itkisi ilə də nəticələnir. Bizdə isə 10-15 sm su düşən kimi başlayırıq "SOS" qışqırmağa”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov bildirib.

"Başa düşürük ki, bu, yaxşı hal deyil. Ancaq su-kanalizasiya sistemi ilə bağlı işləri bir gündə həll etmək olmur", - deyən A. Şərifovun sözlərinə görə, Bakının su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.

O, yağışlar yağanda paytaxtın su-kanalizasiya sistemi ilə bağlı problemlərin təkrar olunmayacağına ümid etdiyini vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri