27 
Sen
2017
14:37
29
82
6374
Virtual karabakh

Lütfi Zadə ilə vida mərasiminin yeri məlum oldu

27 Sen, 2017
14:37
6374

Lütfi Zadə ilə vida mərasiminin yeri məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasiminin yeri və vaxtı məlum olub.

Oxu.Az xəbərinə görə, bu barədə Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru, alimin Bakıda dəfn edilməsindən məsul olan Şahnaz Şahbazova məlumat verib. 

“Alimin cənazəsi sentyabrın 26-da San-Fransiskodan yola salınıb. Cənazə sentyabrın 29-da Bakıya çatdırılacaq.

Lütfi Zadənin cənazəsi aeroportdan birbaşa Heydər Məscidinə aparılacaq. Saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, Lütfi Zadə sentyabrın 6-da, 96 yaşında Kaliforniyada vəfat edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri