17 
Noy
2017
22:19
41
387
24863
Virtual karabakh

Bakıda torpaq sürüşməsi, yaralanan var – YENİLƏNİB + VİDEO

17 Noy, 2017
22:19
24863

Bakıda torpaq sürüşməsi, yaralanan var – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə torpaq altından çıxarılıb.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Əmirəhməd Bağırzadə xəstəxanaya göndərilib.

Qeyd edək ki, bu axşam Bakının Suraxanı rayonunda, Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə torpaq uçqunu baş verib. Orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

22:03

Paytaxtın Zığ qəsəbəsində torpaq uçqunu olub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb.

Hazırda xilasetmə işləri davam etdirilir.

21:03

Bakıda avtobus qarajları yaxınlığında torpaq sürüşməsi baş verib.

Oxu.Az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xidmətinin nümayəndəsi Ehtiram Xəlilov “Ölkə.Az”a bildirib ki, hadisə zamanı bir nəfər yaralanıb.

“Torpaq sürüşməsi zamanı bir nəfəri yaralanıb. Ərazidə xilasedicilər çalışırlar”, - deyə Ehtiram Xəlil bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri