21 
Noy
2017
18:40
199
44
2991
Virtual karabakh

Elektromobil zavodunun yaradılması təklif edildi

21 Noy, 2017
18:40
2991

Elektromobil zavodunun yaradılması təklif edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Unutmaq lazım deyil ki, Azərbaycanda müharibə şəraiti davam edir. Hərbçilər vətən uğrunda vuruşaraq canından keçməyə hazırdır. Amma onlar əmin olmalıdır ki, ailələri evlə təmin olunacaq. Biz bunu düşünməliyik”.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında 2018-ci il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Q. Həsənquliyev bildirib ki, Hesablama Palatası qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün ayrılan vəsaiti açıqlayıb, lakin neçə əlil və şəhid ailəsinin ev növbəsində olduğu məlum deyi. O əlavə edib ki, bu gün 4600 məcburi köçkün qəzalı binada yaşayır: “Qəzalı binalarda yaşayan insanların həyatı risk altındadır. Allah insana nə qədər ömür verib ki? Bu barədə düşünmək lazımdır. Elə binalar var ki, orada kişi və qadın eyni tualet üçün növbədə dayanır”.

Q. Həsənquliyev Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib: “Bildiyimiz kimi, hazırkı zavod Çin avtomobili istehsal edir. Lakin bunu heç kim almır. Biz müasir dövrün çağırışlarına uyğun olaraq elektriklə işləyən avtomobillər istehsal edə bilərik. Qabaqcıl şirkətləri bu zavodun tikintisinə cəlb edə bilərik. Həmin avtomobilləri tək ölkə daxilində deyil, bir sıra xarici dövlətlərə, İran, Rusiya və Orta Asiya dövlətlərinə sata bilərik. Artıq yaxın gələcəkdə Avropada benzinlə işləyən avtomobillərdən imtina ediləcək”.

Deputat dövlət televiziyasına və İctimai Televizayaya verilən reklamların özəl televizayalara da verilməsini və onların maddi durumunun bu yolla yaxşılaşdırılmasını təklif edib. O, Alternativ və  Bərpa Olunan Enerji Agentliyinin ləğv edilərək Energetika Naziriliyinə birləşdirilməsi təklifini sürüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri