24 
Noy
2017
12:26
48
158
10522
Virtual karabakh

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni – TƏYİNAT

24 Noy, 2017
12:26
10522

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni – TƏYİNAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib.

Oxu.Az ucnoqta.az-a istinadən xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.

Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri, ədliyyə polkovnik-leytenantı  Pərviz Abdullayev bir müddət bundan əvvəl qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri