Dek
2017
13:03
147
64
20511
Virtual karabakh

Yeni şəxsiyyət vəsiqələri "Bakutel" sərgisində təqdim olundu – VİDEO + FOTO

5 Dek, 2017
13:03
20511

Yeni şəxsiyyət vəsiqələri "Bakutel" sərgisində təqdim olundu – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bakutel" sərgisində yeni şəxsiyyət vəsiqəsi çiplərinə elektron imza sertifikatlarının yazılması istiqamətində işlərin təqimatı olub.

Bu barədə Oxu.Az 1news-a istinadən xəbər verir.

Qeyd olunur ki, yeni vəsiqələr 2019-cu ildən istifadəyə veriləcək.

Yeni nəsil şəxsiyyət vəsiqlərinin bir çox üstünlükləri olacaq.

Belə ki, bu vəsiqəni əldə edən şəxslərin artıq elektron imza sertifikatı almasına ehtiyac qalmayacaq: “Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin əsas özəlliyi odur ki, onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatları daxil ediləcək. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bununla da vətəndaşlar e-imza sertfikatı almaq məcburiyyətində qalmayacaq”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri