Dek
2017
17:26
20
515
16961
Virtual karabakh

Qəza zamanı vəfat edən şəxsin oğlu: Meyit göstərdilər, gördüm ki, atamdır

5 Dek, 2017
17:26
16961

Qəza zamanı vəfat edən şəxsin oğlu: Meyit göstərdilər, gördüm ki, atamdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hadisə zamanı N.Allahverdiyevlə ötüşən “Mazda”nın sürücüsü “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov ifadə verib.

O deyib ki, haqqında deyilənlər yalandır: “Uzun müddət idi Naillə bir-birimizi görmürdük. Həmin gün də görüşmək üçün razılaşdıq. Mərdəkanda görüşdük, axşam da hərə öz avtomaşınında evə qayıdırdı. Mən Nailin arxasınca gedirdim, o, qəfildən sürəti artırdı. Nailə zəng etdim, cavab vermədi. Mən həmin yerə çatanda artıq hadisə olmuşdu”. 

Daha sonra N.Allahverdiyev ifadə verib. O, avtomaşını yüksək sürətlə sürməsinin səbəbini də açıqlayıb: “Biz gələndə yolda Mehdinin səhhəti pisləşdi, onun ürəyi ağrıyırdı. Mən onu təcili xəstəxanaya çatdırmaq üçün sürətli sürməyə başladım. Sonra da hadisə oldu. Mən də adi vətəndaşam, hadisə yerindən də qaçmamışam, ədalətli qərar verilməsini gözləyirəm”.

Mərhum M.Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva da ifadə verərək şikayətçi olmadığını deyib: “Mehdi ilə Nail dost idi. Mən əminəm ki, avtomobili Mehdi sürsə idi və belə hadisə Nailin başına gəlsəydi, onun da ailəsi şikayətçi olmazdı”.

Qəza zamanı vəfat edən Vaqif Əsədovun oğlu Ramiz Əsədov da şikayətçi olmadığını deyib: “Atam hər gün o yolla işdən gəlirdi. Hadisə günü isə evə gəlmədi. Polis İdarəsinə getdim, bir kişi meyiti göstərdilər. Gördüm ki, atamdır”.

N.Allahverdiyevin vəkilləri təkrar avtotexniki ekspertizanın keçirilməsi üçün vəsatət veriblər.

Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri