13 
Dek
2017
12:22
323
46
19752
Virtual karabakh

Bir günə məşhurlaşan ağdamlı müəllim – VİDEO + FOTO

13 Dek, 2017
12:22
19752

Bir günə məşhurlaşan ağdamlı müəllim – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı müəllim və şagirdin sinif otağındakı ifası qısa zamanda sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub. Kimisi onları iki şagird zənn edib, kimisi isə müəllimin səsini korifey sənətkarımız Səxavət Məmmədova bənzədib.

Oxu.Az Qafqazinfoya istinadən xəbər verir ki, video Müşfiqabad qəsəbəsində yerləşən Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbində çəkilib.

Videonu internetdə yerləşdirən isə məktəbin səs sinfi üzrə müəllimi Habil Məmmədovdur. 6 ildir ki, bu məktəbdə uşaqlara musiqi dərsi keçən müəllimin əsas məqsədi şagirdi Kamal Mustafayevin səsini daha çox insana eşitdirmək, məktəbdə necə istedadlı uşaqların dərs aldığını göstərmək olub. Ancaq videonu internetə yükləyən zaman heç müəllimin özü də bu qədər reaksiya doğuracağını təxmin etməyib: “Şagirdlərimin istedadına bələdəm. Fikirləşdim ki, ətrafımdakı şəxslər də necə istedadlı uşaqların olduğunu görsün, Kamalı dinləsinlər. Ancaq videonun bu qədər tez bir zamanda yayılacağını, məşhurlaşacağını gözləmirdim. Sadəcə, Kamal yox, sinfimizdə xeyli istedadlı şagird var. Gələcəkdə onların istedadının itib-batmasını istəmirəm”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri