13 
Dek
2017
23:41
107
41
4117
Virtual karabakh

Yeniyetmələr arasında “Xəmsə” İntellektual oyununun qalibi məlum oldu – FOTO

13 Dek, 2017
23:41
4117

Yeniyetmələr arasında “Xəmsə” İntellektual oyununun qalibi məlum oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10-12 dekabr 2017-ci il tarixlərdə “Pullman Baku” mehmanxanasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə layihəsi “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan Çempionatının final mərhələsi keçirilib.

Oxu.Az-ın məlumatına görə, ötən ay baş tutmuş ilk iki mərhələdə ölkənin bütün regionlarından 100lərlə komanda iştirak etmiş, final mərhələsinə 32 ən güclü komanda vəsiqə qazanmışdır. 

Açılışda çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavaini İntiqam Babayev bütün iştirakçılara uğurlar arzulamış, “Xəmsə”nin və ümumiyyətlə intellektual oyunların yeniyetmə və gənclərin inkişafında nə qədər önəmli yer tutduğu barədə məlumat vermişdir. 

Daha sonra püşkatma keçirilib. Komandalar hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.  Qrup oyunlar, ¼ final və yarımfinallardan sonra finala Goranboy rayonu Qızılhacılı kəndinin “Apokalipsis”, Abşeron rayonu Masazır kənd məktəbinin “Qəzəlxan”, Saatlı rayon Əlisoltanlı kənd məktəbinin “Birlik” və Cəbrayılın “Karantin” komandaları vəsiqə qazanıb.

Gərgin finalda qalib “Xəmsə”  raundundan sonra müəyyənləşib. “Xəmsə”  raundu sualın düzgün cavab verən “Birlik” komandası Yeniyetmələr arasında V Azərbaycan Çempionatının qalib adını qazanıb. “Apokalipsis” komandası 2-ci, “Qəzəlxan” komandası isə 3-cü olub. 

Qaliblərə kubok, diplom və medalları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov və  “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Faiq Hüseynov təqdim ediblər. 

Bundan başqa il ərzindəki fəaliyyəti ilə bağlı rayon idarələrinə və məşqçilərə fərdi mükafatlar təqdim olunub. 

Çempionatın ən yaxşı oyunçusu – Goranboyun “Apokalipsis” komandasından Xalidə Süleymanova

Çempionatın ən yaxşı məşqçisi – Yunis Qurbanov (Goranboy rayonu)

İlin ən yaxşı Gənclər və İdman idarəsi – Saatlı rayonu

İlin ən yaxşı intellektual klubu – Lənkəran 

İlin Layihəsi – Ağdaş rayonundakı “Xəmsə”  turniri

Xüsusi xidmətlərinə görə - Aydın Qasımlı (Bərdə rayonu)

S.B.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri