14 
Dek
2017
12:37
199
54
10740
Virtual karabakh

Salyanda beş nəfərin öldürüldüyü evin yerində park salına bilər – VİDEO

14 Dek, 2017
12:37
10740

Salyanda beş nəfərin öldürüldüyü evin yerində park salına bilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda həyat yoldaşı Mehbarə Qurbanovanı və dörd qızını amansızcasına qətlə yetirmiş Fərhad Əliyevin evi dövlətə verilə bilər.

Oxu.Az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində M.Qurbanovanın qardaşı Elnur Qurbanov bildirib: "Dəfələrlə Fərhadın qardaşı Raislə aralarında həmin ev üstündə davaları olub. İndi istəyirik ki, həmin torpaq dövlətin balansına keçsin. Bizə də lazım deyil. İstəyirik orada park salınsın. Ancaq hələ rayon rəhbərliyinə müraciət etməmişik".  

X.Hidayətqızı isə təklif edib ki, evin yerində zorakılığa məruz qalmış qadınların şərəfinə heykəl ucaldılsın.

Qeyd edək ki, üç il ərzində axtarılan Salyan sakini Mehbarə Qurbanova və dörd qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları Fərhad Əliyev tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. Bu işdə ona oğlu Fəqan Əliyev kömək edib. Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib, barələrində həbs-qətimkan tədbiri seçilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri