14 
Dek
2017
17:31
16
248
6312
Virtual karabakh

DİM rəhbəri yeni qəbul qaydalarından danışdı

14 Dek, 2017
17:31
6312

DİM rəhbəri yeni qəbul qaydalarından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli bir müddət əvvəl açıqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə bildirib ki, yeni qaydaları Ədliyyə Nazirliyi və Nazirlər Kabineti təsdiqlədikdən sonra o hüquqi sənəd kimi qüvvəyə minməlidir.

“Bu prosedur başa çatandan sonra biz buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarını Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirəcəyik”, - deyə M. Abbaszadə qeyd edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri