17 
Dek
2017
13:02
419
31
19701
Virtual karabakh

Biləsuvarda itin sədaqəti görənləri heyran etdi – VİDEO

17 Dek, 2017
13:02
19701

Biləsuvarda itin sədaqəti görənləri heyran etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtin biri ölsə də, digəri onun yanından ayrılmır. Gecə-gündüz ölü itin yanında qalan o biri it sadəcə nəsə yeyəndə və ya su içməyə gedəndə leşdən bir neçə metr aralanr.

Oxu.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, maraqlı hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində lentə alınıb.

Bir həftə öncə yolu keçən iki itdən birini avtomobil vurub. Ölmüş itin leşi yolun kənarına düşüb. Maraqlı orasıdır ki, sağ qalmış it ölmüş itin yanından ayrılmır. Şüursuz hesab etdiyimiz bu heyvanın sədaqəti görənlərin heyrətinə səbəb olub.

Həmin ərazidə meyvə satan Qılman İbrahimov deyir ki, ilk günlər ölmüş itin sanki keşiyini çəkən heyvana acından ölməmək üçün qida atsalar da, o, bunu yeməyib.

İndi yol kənarından ayrılmayan bu itə elə yoldan ötən sürücülər yemək verirlər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri