27 
Dek
2017
16:02
54
240
7472
Virtual karabakh

Bakıda teleqüllə yaxınlığında sürüşmə - FOTO

27 Dek, 2017
16:02
7472

Bakıda teleqüllə yaxınlığında sürüşmə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb.

Oxu.Az-ın məlumatına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Bayıl dərəsi istiqamətində əhali tərəfindən tikinti məqsədilə yamac şaquli kəsilib və bu yamacın dayanıqlılığının itməsinə səbəb olub:

“Bu səbəbdən və atmosfer yağıntılarının təsirindən yamacda sürüşmə - batma prosesi baş verib. Ərazidə müxtəlif ölçülü çatlar yaranıb”.

Dəstə rəisinin sözlərinə görə, sürüşmə ərazisi Bakı Televiziya Qülləsinin cənub-şərq istiqamətində, teleqüllədən 250-300 metr məsafədə yerləşir.

R. Həsənov qeyd edib ki, sürüşmə Bakı Televiziya Qülləsinə hər hansı təhlükəli vəziyyət yarada bilməz:

“Çünki ərazidə relyef elə formadadır ki, bir-birinə hər hansı keçid yoxdur. Arada müəyyən məsafə var və teleqüllə üçün hər hansı bir təhlükə yoxdur”.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri