28 
Dek
2017
16:34
367
47
21175
Virtual karabakh

Könüllülər alpinistlərin axtarışında – FOTO + YENİLƏNİB

28 Dek, 2017
16:34
21175

Könüllülər alpinistlərin axtarışında – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Könüllülər alpinistlərin axtarışına başlayıblar.

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyindən Oxu.Az-a verilən məlumata görə, 150-dən artıq könüllü müraciət edərək, alpinistlərin axtarışına kömək etmək üçün hazır olduqlarını bildirib.

Bütün müraciətlər diqqətlə nəzərdən keçirilib, yalnız peşəkar bacarıqları, eyni zamanda, yerli dağ relyefi və hava şəraiti ilə tanışlığı nəzərə alaraq axtarış üçün uyğun olan 10 nəfər seçilib: 

“Seçilmiş şəxslərin ilk qrupu bütün lazımi avadanlıqla təmin olunub və axtarış aparılan zonaya yola salınıb. İkinci qrupun da yola salınması üçün hazırlıqlar davam edir. Bütün fəaliyyətlər aidiyyəti dövlət orqanları ilə koordinasiya olunur. 

Müxtəlif formada bu təşəbbüsümüzə dəstək verənlərə təşəkkürümüzü bildiririk. Bu andan etibarən axtarışa qoşulmaq istəyənlərin tərəfimizdən qəbulu dayandırılır. Dövlət orqanlarının və könüllülərin birgə səyləri nəticəsində gənc alpinistlərin tezliklə tapılacağına inanırıq”.

***

13:42

“Hazırda itən dağçıları 3 qrup axtarır”. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov sosial şəbəkədə yayıb. 

O bildirib ki, axtarış tədbirləri ilə əlaqədar olaraq bu gün Şahyaylaqda qərargah qurulub:

“Axtarışa FHN-nin xüsusi xilasetmə qrupu da qoşulub. 3 qrup - alpinistlər, FHN-nin xüsusi xilasetmə dəstəsi və Xınalıqlı bir qrup onları axtarır. Bundan başqa, köməkçi dəstə ilə qərargah məntəqəsində axtarışların gedişatı izlənilir. Hava şəraiti yaxşıdır. Yüngül külək var”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri