Yan
2018
18:35
418
67
7490
Virtual karabakh

Reyhan Camalova “ASAN xidmət”in İdeya müvəkkili oldu – FOTO

5 Yan, 2018
18:35
7490

Reyhan Camalova “ASAN xidmət”in İdeya müvəkkili oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə  görüşüb.

Oxu.Az-ın məlumatına görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.

Həmçinin Reyhan Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri