Yan
2018
19:38
179
53
15318
Virtual karabakh

İtkin düşmüş alpinistlərin axtarış yerindən – FOTO + VİDEO

5 Yan, 2018
19:38
15318

İtkin düşmüş alpinistlərin axtarış yerindən – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışı davam edir.

Oxu.Az-ın məlumatına görə, axtarış tədbirləri bir neçə qrup tərəfindən Qəbələ rayonu və Xınalıq kəndi istiqamətində aparılır.

Axtarış-xilasetmə işlərində FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. 

Meteoroloji şəraitdən asılı olaraq, FHN-nin helikopteri əməliyyata cəlb olunub.

Bu gündən axtarışlara xarici mütəxəssislər də qoşulacaqlar.

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Elvin Əhmədov, Ehtiram Jabi
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri