Yan
2018
18:13
56
552
27690
Virtual karabakh

Gənc şairin meyiti tapıldı – FOTO + YENİLƏNİB

9 Yan, 2018
18:13
27690

Gənc şairin meyiti tapıldı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yanvarın 8-də 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb.

FHN-dən Oxu.Az-a daxil olan məlumata görə, yanvarın 9-da M.Cahangirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən batdığı yerdən 300 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

10:12

Yanvarın 8-də Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan şəxsin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, özünü dənizə atan gənc şairdir. 

Yanvarın 8-də. saat 16:45 radələrində bulvarda özünü dənizə atan şəxs gənc şair, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu imiş.

M. Cahangirov intihardan öncə bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, mərhumun meyiti hələ də dənizdən çıxarılmayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri