12 
Yan
2018
12:58
339
110
34032
Virtual karabakh

Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

12 Yan, 2018
12:58
34032

Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Oxu.Az-a verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri