13 
Yan
2018
11:53
523
69
5622
Virtual karabakh

Telejurnalistdən etiraz: Mağazaların adı niyə ana dilimizdə deyil?

13 Yan, 2018
11:53
5622

Telejurnalistdən etiraz: Mağazaların adı niyə ana dilimizdə deyil?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir millətin millət kimi varlığını təsdiq edən onun dilidir.

Oxu.Az xəbər verir ki, bunu tanınmış telejurnalist Telli Pənahqızı deyib.

O qeyd edib ki, bir milləti digər millətlər sırasında yer almaq mərtəbəsinə qaldıran onun tarixidir, mədəniyyətidir, adət-ənənəsinə  sayğısı və sadiqliyidir:

“Bəs elə isə... Doğum gününü qeyd edən millət niyə ingiliscə “Happy birthday to you” oxuyub övladına əcnəbi ad qoyulmuş bir restoranda, şadlıq sarayında, kafedə, barda şənlik edir? Niyə rus dilində bir-iki cümləni düz-əməlli bir-birinin arxasınca deməyi bacarmayanlar uşaqlarını rus və digər əcnəbi dillərdə oxumağa vadar edirlər? Niyə Azərbaycan vətəndaşı olan qeyri-millətlər yaşadıqları ölkənin dövlət dilində danışmaq istəmirlər? Niyə küçələrdəki irili-xırdalı mağazaların adı, ünvan göstəriciləri ana dilimizdə deyil? Qəti bu fikirdə olmayın ki, mən dil bilməyin əleyhinəyəm. Əsla! Özüm dörd dildə təmiz danışsam da, yenə bir xarici dil öyrənməyə çalışıram. Ancaq bu, mənə dövlətimin rəsmi dilində, millətimin mənsub olduğu dildə pinti danışmaq və ya heç danışmamaq ixtiyarı vermir!”

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri