15 
Yan
2018
12:01
41
264
9046
Virtual karabakh

Həkim: İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə idi

15 Yan, 2018
12:01
9046

Həkim: İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, ötən gün Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Mərkəzi Kliniki Xəstəxanın  kardioloqu Firdovsi İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, İsa Qəmbər xəstəxanaya infarkt diaqnozu ilə gətirilib.

O qeyd edib ki, İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə olub.

“Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti normallaşdı. Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri