16 
Yan
2018
09:43
38
253
3077
Virtual karabakh

Bakıda dilənçi qadını evakuator vurdu

16 Yan, 2018
09:43
3077

Bakıda dilənçi qadını evakuator vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən “188” evakuasiya xidmətinə məxsus “İsuzu” markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri