19 
Yan
2018
13:04
200
92
17440
Virtual karabakh

Sabahın hava proqnozu: Temperatur düşəcək, şaxta olacaq

19 Yan, 2018
13:04
17440

Sabahın hava proqnozu: Temperatur düşəcək, şaxta olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 20-də ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnozlara görə, yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri