Fev
2018
15:17
140
42
3467
Virtual karabakh

Deputat ölkədə mütəxəssis qıtlığından şikayətlənir

1 Fev, 2018
15:17
3467

Deputat ölkədə mütəxəssis qıtlığından şikayətlənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün çox sayda elmlər doktoru var, amma çoxunun faydası yoxdur. 

Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında bildirib.  

“Gərək elmin nəticəsindən cəmiyyət, dövlət xeyir görsün. Əgər dövlət və cəmiyyət həmin elmlər doktorlarının fəaliyyətdən bəhrələnmirsə, bunun əhəmiyyəti yoxdur”, - deyə millət vəkili qeyd edib ki, burada söhbət fərdin cəmiyyət üçün verdiyi xeyirdən gedir: 

“Əgər biri yaxşı elektrik olmasa, onu heç kim işə qəbul etməyəcək. Biri yaxşı bənna olmasa, onu heç bir tikinti şirkəti işə qəbul etməyəcək. Halbuki bu tip peşələr üçün birinci dərəcə və ən yüksək əməkhaqqı ilə tələb olunur”.

Deputat təəssüflə bildirib ki, SSRİ-nin dağılmasından sonra SOCAR istisna olmaqla, bu cür mütəxəssislər yetişdirilmir: 

“Ona görə hesab edirəm ki, bu sahədə hazırlanmış qanun vacib və zəruridir. Biz sözügedən qanuna səs verib onu qəbul etsək, peşə təhsili ali təhsillə rəqabətə girər”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri