Fev
2018
17:03
15
147
4493
Virtual karabakh

Sürüşmə zonasındakı son vəziyyət açıqlanıb

1 Fev, 2018
17:03
4493

Sürüşmə zonasındakı son vəziyyət açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacındakı torpaq sürüşməsi sahəsinin dinamikasında son bir neçə gün ərzində vəziyyət stabilləşib.

Bunu Oxu.Az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, “Teleqüllə” sürüşmə sahəsinin torpaq qatında eni təxminən bir metr, görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar yaranıb:

“Monitorinq məqsədilə quraşdırılmış mayaklarda çatlar əmələ gəlməyib”.

Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Torpaq sürüşməsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri