14 
Fev
2018
17:48
37
474
10042
Virtual karabakh

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib – YENİLƏNİB

14 Fev, 2018
17:48
10042

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə çalışan müəllimin xəstəliyi ilə əlaqədar məlumatlara aydınlıq gətirilib.

Oxu.Az-ın xəbərinə görə, məktəbdən bildiriblər ki, həmin təhsil müəssisəsinin müəllimi Q.Balayeva (adlar şərtidir) ötən ilin 26 dekabr tarixindən “kəskin respirator xəstəliyi” diaqnozu ilə işə gəlmir.

Fevralın 9-da Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 23 nömrəli tam orta məktəbə göndərilən məktubda Q.Balayevada (adlar şərtidir) “sağ ağciyərin vərəmi” diaqnozunun təsdiq edildiyi qeyd olunub.

Dərhal Səhiyyə Nazirliyinin qurumları tərəfindən təhsil müəssisəsinin pedaqoji heyətinin və şagirdlərin müvafiq müayinəsi, həmçinin profilaktik tədbirlər həyata keçirilib və bu iş davam etdirilməkdədir.

Qeyd olunur ki, ötən il dekabrın 26-dan bu günə qədər şagird və müəllimlər arasında heç bir xəstəlik əlaməti aşkar olunmayıb.

16:26

Bakı Şəhər Nəsimi rayon T.Həsənov adına 23 saylı orta məktəbdə vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib.

Bu barədə Oxu.Az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Məlumatda qeyd olunub ki, müəllimin xəstəliyi o, qan öskürəndə bəli olub. İddia olunur ki, müəllim öz xəstəliyini gizlədib.

Bildirilir ki, hazırda həmin şəxs vərəm əleyhinə müəssisədə müalicə edilir. Xəstə müəllimin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbirlər həyata keçirilir.

Məktəbdə şagirdlərin və müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən bir həftə ərzində başa çatacaq. 

Vərəm xəstəsi olan müəllimin şagirdlərə dərs keçməsi digər valideynləri də narahat edib. Onlar sosial şəbəkələrdə müzakirə apararaq məsələnin həllini tapmağa çalışıblar.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsində bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır. Yaxın zamanlarda ətraflı məlumat veriləcək.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri