15 
Fev
2018
20:19
42
212
3582
Virtual karabakh

Sumqayıtın “Beton zavod”unda top mərmiləri aşkarlanıb – FOTO

15 Fev, 2018
20:19
3582

Sumqayıtın “Beton zavod”unda top mərmiləri aşkarlanıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıtda “Beton zavod” adlanan ərazidə bir mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Oxu.Az-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri ərazidə fərdi yaşayış evinin qarşısına baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində beş top mərmisi aşkar olunub. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Agentlik tərəfindən yanvarın 1–dən fevralın 15-dək, ümumilikdə, 584 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 22 min 415 kvadratmetr ərazi yoxlanılıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri