16 
Fev
2018
10:54
44
227
3108
Virtual karabakh

İcra başçısı: Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir

16 Fev, 2018
10:54
3108

İcra başçısı: Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə son günlər Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib. 

Qeyd olunub ki, pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir.

Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyi alınıb.

İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyəti qurumlara Bayılda tikintisi aparılan və aparılacaq pilot layihələrin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun: 

“Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir”.

E.Əzizov qeyd edib ki, sahibkarlar tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanuna müvafiq həll etməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri