12 
Mar
2018
14:47
94
288
15104
Virtual karabakh

Mirşahin Ağayev: Ana-bacınızı söyməyəcəm – FOTO

12 Mar, 2018
14:47
15104

Mirşahin Ağayev: Ana-bacınızı söyməyəcəm – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mirşahin Ağayev ilk dəfə “Real” TV ilə bağlı məsələyə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, bu gün peyk yayımı planlaşdırılan kanalın baş direktoru müzakirələrə cavabı “Facebook” hesabından verib:

“Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiniz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir?

Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün.

Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə...sevəcəm!”

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri