17 
Mar
2018
14:52
293
18
2027
Virtual karabakh

Bakıda infarkt keçirən türkiyəli deputat evə buraxılacaq

17 Mar, 2018
14:52
2027

Bakıda infarkt keçirən türkiyəli deputat evə buraxılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekmeleddin İhsanoğlunun vəziyyəti normaldır və özünü yaxşı hiss edir.

Oxu.az xəbər verir ki, bunu Azərbaycanın Diasporla iş üzrə Dövlət komitəsinin sədr müavini Valeh Hacıyev Türkiyənin MHP-li deputatı Ekmeleddin İhsanoğlunun səhhəti ilə bağlı son durumunu şərh edərkən deyib.

O bildirib ki, narahatlığa səbəb yoxdur:

“Ekmeleddin İhsanoğlunun səhhəti normaldır. Daimi olaraq həkimlər onu nəzarət altında saxlayır. Həmçinin o, Azərbaycan və Türkiyə ölkələrinin rəhbərlərinin nəzarətindədir. Narahatlıq doğuracaq heç bir durum yoxdur və özünü yaxşı hiss edir. Ailəsi də hazırda onun yanındadır. Yaxın zamanlarda xəstəxanadan buraxılacağı nəzərdə tutulur”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində anidən vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri