20 
Mar
2018
11:00
51
127
3609
Virtual karabakh

Bakıda "Fibonacci Games"in qala-gecəsi keçirilib – FOTO

20 Mar, 2018
11:00
3609

Bakıda "Fibonacci Games"in qala-gecəsi keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən şənbə, martın 17-də paytaxtın bir çox sakinləri qarşıda gələn Novruz bayramına hazırlaşmağa başlayıb. Bir qayda olaraq, bu bayramı şən, pozitiv ab-havada, ailənin və dostların ətrafında keçirmək lazımdır.  Milli adət-ənənələrə sadiq qalan belə ailələrdən biri də “Fibonacci Games” ailəsidir.

Oxu.Az xəbər verir ki, intellektual şou proqramı ilə tanınan “Fibonacci Games” komandası növbəti dəfə (bu dəfə Novruz bayramı ərəfəsində) qonaqları üçün bir sıra sürprizlər və hədiyyələr hazırlayıb. Ötən şənbə, növbəti mövsümün top reytinqinə düşən komandalar, ikinci mövsümün başa çatması münasibəti ilə qala-gecə keçirmək məqsədi ilə “Velluto” restoran-bar kompleksinin böyük zalında bir araya gəlib. 

Bəzi komandalar üçün bu ilk təcrübə deyildi. Belə ki, onlar birinci mövsümün başa çatması münasibəti ilə analoji tədbirdə iştirak etmişdi. Habelə iştirakçılar arasında ikinci mövsüm ərzində bu ailənin sıralarına qatılmış debütantlar da yer alıb.

Qala-gecədə 16 aparıcı komanda iştirak edib. Tədbirin təşkilatçıları hər bir iştirakçıya bərabər qələbə şansları yaratmaq məqsədilə əlindən gələni edib. İntellektin bahar bayramı baş tutub.

İlk iki mövsümün qalibləri oyunların əvvəlində kuboklarla mükafatlandırılıb. Gecəyə rəng qatan başqa bir faktlardan biri, demək olar ki, bütün iştirakçılarına üzərində adlarının həkk olunduğu mükafatlar , həmçinin çox sayda qiymətli hədiyyələrin paylanması olub.

Mübarizə səkkiz raund davam edib və yenə də, ötən il olduğu kimi iki komanda (bu dəfə “Koqnitiv dissonans və “Bes v rebro” komandaları)  bərabər xallar toplayıb. Buna görə, mütləq qalibin müəyyənləşməsi üçün tay-breyk keçirilib.

Təkcə bir xal üstünlüyü “Koqnitiv dissonansa”  rəqibinə qalib gəlməsinə imkan verib və komanda iştirakçıları yarışın əsas mükafatını – kuboku  başları üzərinə qaldırıb.

Üçüncü yer uğrunda kubok isə lideri gözəl bir xanım olan “TAÇ” komandasına təqdim olunub. Ümumiyyətlə həmin qala-gecədə zərif cinsin qadınları sözün əsl mənasında göz oxşayıb; təkcə xarici görünüşləri ilə deyil, eyni zamanda intellekt səviyyələri ilə.

Ümumilikdə, təşkilatçılar eyni vaxtda iki stereotipi aradan qaldırmağa nail olub: intellektual oyunların yerli cəmiyyətə maraqlı olmadığı və belə yarışlarda gender bərabərliyinin qorunmasının mümkünsüzlüyü ilə bağlı yanlış düşüncələr puç olub.

Oyunlar bitər-bitməz bütün komandalar  martın 29-da start götürən üçüncü mövsümün başa çatmasını səbirsizliklə gözlədiklərini bildirib.  Görək təşkilatçılar gələn mövsümün  sonunda keçiriləcək qala-gecədə bizə hansı sürprizləri hazırlayacaq.

Necə deyərlər bizə gözləməkdən başqa bir şey qalmır.

Fibonacci Games - https://www.facebook.com/fibonaccigames/

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri