Apr
2018
11:47
40
544
31781
Virtual karabakh

Ginekoloq Səbinə Mirzəyeva dəfn olunub – FOTO

4 Apr, 2018
11:47
31781

Ginekoloq Səbinə Mirzəyeva dəfn olunub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün vəfat etmiş “Baku Medical Plaza” xəstəxanasında cərrah mama-ginekoloq kimi çalışan Səbinə Mirzəyeva dəfn olunub. 

Oxu.Az xəbər verir ki, S.Mirzəyeva bu gün “Qurd qapısı” qəbirstanlığında dəfn olunub. 

Qeyd edək ki, S.Mirzəyeva 3-cü mikrorayondakı evində olarkən səhhəti qəfil pisləşib və insult keçirib. O, dərhal çalışdığı “Baku Medical Plaza” xəstəxanasının Nəsimi rayonundakı mərkəzi filialına gətirilib. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub və bütün tibbi müdaxilələrə baxmayaraq ginekoloqu həyata qaytarmaq mümkün olmayıb.

Bildirilir ki, S.Mirzəyeva arterial təzyiqdən əziyyət çəkirmiş və böyrəklərində problem yaranıbmış.

Mərhumun təzəlikcə 40 yaşını qeyd etdiyi deyilir.

Allah rəhmət eləsin! 

Elvin Paşazadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri