Apr
2018
15:59
84
234
4725
Virtual karabakh

Niyə Bakıda siqaret qadağasına məhəl qoyulmur? – TƏHLİL

9 Apr, 2018
15:59
4725

Niyə Bakıda siqaret qadağasına məhəl qoyulmur? – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə prezident “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun imzaladı. Bundan dərhal sonra bir ay ərzində, demək olar ki, əvvəllər rahat siqaret çəkilməsi mümkün olan ictimai yerlərə “Siqaret çəkmək qadağandır” yazısı vuruldu.

Paytaxtda müxtəlif obyektlərin, restoranların sahibləri öz müştərilərindən siqaret çəkilməsi üçün ayrılmış xüsusi yerlərdən istifadə etməyi xahiş edirdilər.

Lakin bu, çox uzun sürmədi, şəhərdə şayiələr yayıldı ki, qanun layihəsində boşluqlar var və hazırkı qanuna hansı struktur tərəfindən nəzarət olunacağı hələ də müəyyən edilməyib.

Hazırda qanunu yalnız siqaretin qadağa edilməsi nişanından başqa heç nə xatırlatmır. Dayanacaqlarda, ticarət mərkəzlərində, taksidə, restoranlarda, bir sözlə, hər yerdə siqaret çəkilir.

Bununla bağlı Oxu.Az müxbiri Milli Məclisin deputatı Rövşən Rzayevə müraciət edib.

Deputat bildirib ki, qanun bir müddət əvvəl imzalanıb və hazırda qüvvədədir.

Qanuna nəzarəti edilməsinə görə hansı strukturun məsuliyyət daşımalı olduğu sualına cavabında deputat bildirdi, məlum proses, çox güman ki, DİN və FHN-nin müvafiq şöbələri tərəfindən həyata keçiriləcək.

Bu sahə üzrə ekspert Azər Allahverdiyev mövzu haqqında mühüm məqamları qeyd edib:

“Nəzərdə tutulan qanunun qüvvəyə minməsi haqda prezidentin 29 dekabr 2017 il tarixli Sərəncamı üç ay hazırlıq müddəti nəzərdə tutur. Lakin bu müddət 1 aprel 2018-ci ildə bitib. Bu vaxta kimi müvafiq strukturlar öz təkliflərini prezidentə təklif etməli idilər.

İndi bütün sualları Azərbaycanın Nazirlər Kabinetinə yönəltmək lazımdır”.

Oxu.Az Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət edib, onlar isə öz növbəsində bizim sorğumuza yaxın zamanda cavab verəcəklərini deyiblər.

Bakı şəhərində məşhur restoranlardan birinin administratoru ilə əlaqə saxladıq. “Nə üçün qüvvədə olan qanuna baxmayaraq, hələ də onların müəssisəsində siqaret çəkən insanları görmək olur?” sualına cavab verərkən bildirdi ki, bu qanunla tanışdır.

“Bəli, biz bu haqda bilirik, ancaq insanlara desək ki, siqaret çəkmək qadağandır, onlar bir daha buraya gəlməyəcəklər. Biz ən yaxşı müştərilərimizi itirə bilmərik. Məhz bu səbəbdən, restoranımızda iki zal var, onlardan biri siqaret çəkmək üçün nəzərdə tutulub.

Yəqin ki, bu, bir neçə restoranı cərimə edənədək belə davam edəcək. Düşünürəm ki, ancaq bundan sonra ictimai yerlərdə siqaret çəkilməsi halı sona yetəcək.

Belə ki, müxbirimizin müraciətindən sonra restoran rəhbərliyi tərəfindən bütün siqaret çəkən müştərilərə irad tutuldu. Bu isə ondan xəbər verir ki, qanunun tətbiq edilməsinin kimə aid olmasına baxmayaraq, ictimai mühakimə də zəruridir.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri