20 
Apr
2018
05:53
16
120
1684
Virtual karabakh

Millət vəkili: Bəzi məqamlar qanunun predmeti olmaqdan çıxır

20 Apr, 2018
05:53
1684

Millət vəkili: Bəzi məqamlar qanunun predmeti olmaqdan çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın gələcəkdə Qobustanla, Göygöllə bağlı qanunlar qəbul edilə bilər.

Bunu Oxu.Az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O qeyd edib ki, ümumiyyətlə, hər bir sahə ilə bağlı ayrıca sahəvi qanunlar olmalıdır və bunlara ehtiyac var.

Komitə sədri bunun həm də beynəlxalq konvensiyalardan irəli gələn tələb olduğunu bildirib.

“2003-cü ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) UNESCO-nun tarixi abidələrlə bağlı konvensiyasının 30 illiyinə həsr olunmuş geniş tədbir keçirilirdi.

O tədbirin gedişində məlum oldu ki, ayrı-ayrı sahələr üzrə qanunlara ehtiyac var, bu, həmin  konvensiyanın bir tələbidir.

Məsələn, Rusiyada məşhur Baykal gölü ilə bağlı bu tələbdən irəli gələrək ayrıca qəbul olunub.

Ona görə hesab edirəm ki, bizdə də təbiətin nadir incilərindən olan Göygöllə bağlı ayrıca qanun olmalıdır.

Eyni zamanda, tarixi Qobustan qayalıqları ilə bağlı ayrıca sahəvi qanuna ehtiyac var.

Məsələn, bizdə muğam sənəti ilə bağlı məsələlər “Mədəniyyət haqqında” qanunla tənzimlənir. Amma elə məqamlar var ki, həmin qanunun predmeti olmaqdan çıxır, artıq yeni qanunvericiliyə ehtiyac duyulur.

Elə bu səbəbdən də şəxsən mən özüm muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi hazırladım və müzakirələrə təqdim etdim.

Düşünürəm ki, yaxın gələcəkdə bu sənədin geniş müzakirələrinə və qəbuluna nail olacağıq.

Yəni, qeyd etmək istəyirəm ki, hər bir sahə ilə bağlı ayrıca qanunlar olmalıdır”, - deyə komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri