May
2018
11:12
190
74
19964
Virtual karabakh

Bakı sakinləri boğulurlar - ŞİKAYƏT

5 May, 2018
11:12
19964

Bakı sakinləri boğulurlar - ŞİKAYƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə paytaxtın Qara Qarayev, Xalqlar Dostluğu, Əhmədli, Neftçilər, Bakıxanov kimi ərazilərində ötən gün axşam saatlarında havanın çox ağır olduğu barədə məlumat yayılıb.

Oxu.Az-ın xəbərinə görə, bəzi istifadəçilər ürək bulanmasından və baş ağrısından şikayətləniblər.

Onlardan bəziləri bunun yeni qaz xəttinin çəkilişi ilə əlaqədar olduğunu, digərləri havanın çirklənməsi ilə əlaqələndiriblər. Bəzi istifadəçilər bunun hətta “kimyəvi hücum” olduğunu yazıblar.

İstifadəçilər evlərin qapı və pəncərələrini bağlamağa çağırıblar.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Oxu.Az-a açıqlamasında bildirib ki, quruma bununla bağlı heç bir şikayət daxil olmayıb:

“Sakinlər aidiyyəti üzrə müraciət etsinlər. Bundan sonra həmin əraziyə əməkdaşlarımız göndəriləcək və məsələ yerində araşdırılacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri