11 
May
2018
17:49
39
253
5989
Virtual karabakh

Binədə qeyri-qanuni məscid aşkarlanıb

11 May, 2018
17:49
5989

Binədə qeyri-qanuni məscid aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşlarının birgə iştirakilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qeyri-qanuni məscid tipli ibadət yerinə baxış keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, baxış əsnasında həmin ərazidə qanunazidd qaydada dini yığıncaqların, digər dini mərasimlərin təşkili və keçirilməsi, eləcə də, “Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Binyətov Gülverdi Allahverdi oğlu barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri