13 
May
2018
19:40
26
291
5466
Virtual karabakh

Qəzada yaralanan motosiklet sürücüsü öldü

13 May, 2018
19:40
5466

Qəzada yaralanan motosiklet sürücüsü öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 9-da Lənkəranda  baş verən yol qəzasında yaralanan şəxslərdən biri bu gün dünyasını dəyişib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Muravey” markalı motosiklet ilə “VAZ 2107” markalı avtomobilin toqquşması zamanı kəllə-beyin travması alan motosiklet sürücüsü Qurban Abbasov müalicə aldığı xəstəxanada həyatını itirib.

Q. Abbasovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə mayın 9-da Ələt-Astara magistral yolunun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” markalı avtomobil ilə “Muravey” markalı motosikletin toqquşması zamanı motosikletin sürücüsü və sərnişini - Lənkəran şəhər sakini Q. Abbasov və rayonun Ürgə kənd sakini Samir Şiriyev yaralanmışdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri