16 
May
2018
13:31
41
198
11237
Virtual karabakh

Evini yandıran Qarabağ əlili müraciət ünvanladı - VİDEO

16 May, 2018
13:31
11237

Evini yandıran Qarabağ əlili müraciət ünvanladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini icra nümayəndələrinə etiraz əlaməti olaraq yandırıb.

Oxu.Az-ın məlumatına görə, bu gün, F.Ələkbərov hadisə bağlı videomüraciət ünvanlayıb.

F. Əkbərov müraciətində bildirib ki, Abşeron rayonu Fatmayi kəndində yerləşən mənzilində təmir-tikinti etdiyi zaman haqsızılıqlarla üzləşib və bu barədə cənab İlham Əliyevə və Abşeron Rayon İcra başçısı İradə Gülməmmədovaya müraciət edib. 

“Onlar mənim müraciətimə dərhal cavab verdilər və mənə qarşı olan haqsızlıqları araşdırdılar.

Bu vəziyyətdən istifadə edən bəzi qüvvələr ağıllarına gələnləri yazıblar. Buna ehtiyac yoxdur. Mən dövlətimi sevirəm. Əks halda mən onları məhkəməyə verəcəm”, - deyə, o müraciətində qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri