16 
May
2018
16:11
114
16
2398
Virtual karabakh

Nazirlik idarə rəisini üç min manat cərimələyib

16 May, 2018
16:11
2398

Nazirlik idarə rəisini üç min manat cərimələyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Xaçmaz şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib.

Faktla bağlı əraziyə cavabdeh Xaçmaz rayon Yaşıllaşdırma İdarəsinin rəisi Məmmədağa Qəribov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilməsi üçün idarənin rəisinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri