21 
May
2018
17:38
63
35
5048
Virtual karabakh

Qəbul imtahanlarında balların hesablanma qaydası açıqlandı

21 May, 2018
17:38
5048

Qəbul imtahanlarında balların hesablanma qaydası açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 13-də II və III, mayın 20-də isə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin ballarının hesablanması qaydasını açıqlayıb.

Oxu.Az xəbər verir ki, qaydaya görə, abituriyentin ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar aşağıdakı cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.

Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:

NB = NBq + NBa

NB – fənn üzrə nisbi bal, NBq – qapalı tipli test tapşırıqları üzrə nisbi bal, 
NBa – açıq tipli test tapşırıqları üzrə nisbi baldır.

NBq = 4 x Dq – Yq  (hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0  götürülür),

Dq – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların, Yq – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların sayıdır.

NBa = 4 x Da  (açıq tipli test tapşırıqları tətbiq olunmayan fənlər üzrə NBa=0 götürülür),

Da – açıq tipli test tapşırıqları üzrə doğru cavabların sayıdır.

İmtahan fənləri və onların ixtisas qrupları üzrə çəki əmsalları

İmtahan
Fənləri

İxtisas qrupları və müvafiq çəki əmsalları

I QRUP

II QRUP

III QRUP

IV QRUP

Ana dili

1

1

2

1

Ədəbiyyat

 

 

1

 

Riyaziyyat

2

2

1

1

Fizika

2

 

 

1

Kimya

1

 

 

2

Biologiya

 

 

 

2

Tarix

 

 

2

 

Azərbaycan tarixi

 

1

 

 

Coğrafiya

 

2

 

 

Xarici dil

1

1

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri