24 
May
2018
10:36
22
261
8243
Virtual karabakh

Metroda gənc intihar etmək istədi

24 May, 2018
10:36
8243

Metroda gənc intihar etmək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Bakı Metrosunun “Koroğlu” stansiyasında intihara cəhd olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə saat 09:25 radələrində qeydə alınıb:

“Hadisə “H.Aslanov” metrostansiyasından “İçərişəhər”ə gedən qatar “Koroğlu” metrostansiyasına daxil olan zaman yaşanıb. Qatar stansiyaya daxil olmağa az qalmış bir gənc özünü qatarın altına atıb.

Bununla bağlı dərhal maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılaraq, oğlan oradan çıxarılıb”.

Qurum rəsmisi qeyd edib ki, hazırda qatarların hərəkəti qaydaya düşüb:

“İntihara cəhd edən şəxs polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır”.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri