25 
May
2018
09:18
14
139
4481
Virtual karabakh

Bakıda avtomobil dirəyə çırpıldı: Ölən var

25 May, 2018
09:18
4481

Bakıda avtomobil dirəyə çırpıldı: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış bir nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri