25 
May
2018
12:43
65
106
13605
Virtual karabakh

Yeni sürücülük kateqoriyaları bu yaşdan veriləcək

25 May, 2018
12:43
13605

Yeni sürücülük kateqoriyaları bu yaşdan veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və idman komitəsinin bu gün keçirilən birgə iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə edilib.

Oxu.Az-ın məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklərlə bağlı məlumat verərək bildirib ki, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı, “B1” və “C1” altkateqoriyaları müəyyənləşir.

Həmçinin, bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri