31 
May
2018
17:49
30
468
16324
Virtual karabakh

Anasının qəbri üstündə telefonla danışan gənci ildırım vurdu

31 May, 2018
17:49
16324

Anasının qəbri üstündə telefonla danışan gənci ildırım vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə dörd gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F.Həsənovu ildırım vurub. Ətrafdakıların köməyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri