İyn
2018
17:34
18
204
9130
Virtual karabakh

Bakıda “kreativ” reklamda yeni trend – VİDEO

5 İyn, 2018
17:34
9130

Bakıda “kreativ” reklamda yeni trend – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qızıl açar” tikinti şirkətinin reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Oxu.Az xəbər verir ki, çarxı hazırlayanlar çox güman ki, kreativ süjet hazırlamaq istəsələr də, bu uğursuz olub:

Diqqət çəkən məqam ondan ibarətdir ki, bu reklamın birinci hissəsində də eyni aktyorlar çıxış edib. Belə ki, ikinci hissədə atasına sevgilisi ilə tanış etmək istəyən baş qəhrəman birinci hissədə ailəli olub və hətta onun azyaşlı övladı var imiş. 

Bundan başqa, ikinci reklamı hazırlayanlar unudublar ki, birinci epizodda “Qızıl açar” şirkətinin direktoru baş qəhrəmana üçotaqlı evin açarını təhvil verib. Həmin vaxt baş qəhrəman deyib:

“Belə hədiyyəyə görə çox sağol, qardaş”.

Sosial şəbəkə istifadəçiləri reklam haqqında bu fikirləri yazıblar:

- “İkinci hissədə “qardaş” “ata”ya çevrilir, qızı harasa yoxa çıxır. Bu nə cəfəngiyyatdır?!”

- “Ola bilsin ki, oğlan boşanıb, evini satıb və qardaşından üz döndərib, o da bunun atası olub. Bu çarxın məntiqini ancaq belə başa düşmək olar”. 

Ancaq ən böyük qəzəb isə oğlanın sevgilisinin atasının peşəninin “Bənna” olduğunu deməsi ilə yaranıb. Bundan sonra şirkət direktoru bu peşə sahiblərini “dilənçi” adlandırıb. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri