14 
İyn
2018
00:05
13
492
4753
Virtual karabakh

Mingəçevirdə ana və üç uşağını maşın vurub - YENİLƏNİB

14 İyn, 2018
00:05
4753

Mingəçevirdə ana və üç uşağını maşın vurub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minğəçevirdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.

Oxu.Az “Report”a istinadən xəbər verir ki,  onlar Mingəçevir şəhər sakinləri: 2013-cü il təvəllüdlü Orucov Elmin Elməddin oğlu, 2010-cu il təvəllüdlü Orucova Yağmur Elməddin qızı, 2008-ci il təvəllüdlü Orucova Duyğu Elməddin qızı və Orucova İbadətdir.

Yaralılardan İ. Orucovanın vəziyyəti ağırdır. İlkin məlumata görə, hadisə sakinlərin körpünün piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman baş verib.

21:42

Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

"VAZ-2101" markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri