14 
İyn
2018
11:11
162
14
11250
Virtual karabakh

Azərbaycan əhalisinin sayı açıqlanıb

14 İyn, 2018
11:11
11250

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25 018 nəfər artaraq, 2018-ci il may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb. 

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər olub. 

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri