20 
İyn
2018
11:59
9
200
3578
Virtual karabakh

İmişlidə pambıq tarlasında zəhərlənənlərin sayı açıqlandı

20 İyn, 2018
11:59
3578

İmişlidə pambıq tarlasında zəhərlənənlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

Nazirlik rəsmisi bildirib ki, müraciət edənlərin əksəriyyəti ambulator müayinə edilib:

“Baş verən hadisə ilə bağlı pambıq sahəsində çalışan şəxslərlə bərabər, yerli əhali də narahat olublar. 

Onlar tədbir məqsədilə xəstəxanaya müraciət ediblər. Hazırda xəstəxanada 12 nəfər müalicəsini davam etdirir. Vəziyyətləri stabildir”.

Səfayə Əhmədova qeyd edib ki, xəstəxanada olan şəxslər bu gün evə buraxılacaqlar.

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri