20 
İyn
2018
17:32
23
224
13963
Virtual karabakh

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı - AÇIQLAMA

20 İyn, 2018
17:32
13963

DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunmayıb.

Bunu Oxu.Az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, məktəblinin zorlanması ilə bağlı yayılan məlumatlar əsassızdır:

“İddia olunan faktla bağlı DİN-in Lerik rayon Polis Şöbəsinə və digər aidiyyəti sutrukturlara heç bir bir müraciət daxil olmayıb”.

Orxan Mansurzadə qeyd edib ki, məktəblinin zorlanmasında adı hallanan şəxsin evinə kənd camaatının hücum etməsi ilə bağlı yayılan məlumatlar da dezinformasiyadır.

Qeyd edək ki, Lerik rayonunda VII sinif şagirdinin zorlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri