21 
İyn
2018
15:13
56
457
14886
Virtual karabakh

Sərhəddə atışma: Əsgər yaralanıb - FOTO + YENİLƏNİB

21 İyn, 2018
15:13
14886

Sərhəddə atışma: Əsgər yaralanıb - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb.

DSX-nın mətbuat mərkəzindən Oxu.Az-a verilən məlumata görə, bu gün DSX Sərhəd Qoşunlarının sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

Hadisədən dərhal sonra DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir.

Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

09:09

Azərbaycan-İran sərhədinin Cəlilabad rayonu ərazisindən keçən hissəsində silahlı insident baş verib.

Oxu.Az-ın Report-a istinadla verdiyi xəbərə görə, Azərbaycan sərhədçilərinə müqavimət göstərən sərhəd pozucuları ilə əsgərlər arasında atışma olub.

İlkin məlumata görə, atışma zamanı Balakən rayonundan olan əsgər Krupov Ramazan Məmməd oğlu güllə yarası alıb. Gənc sərhədçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri