21 
İyn
2018
12:16
52
134
4973
Virtual karabakh

900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı

21 İyn, 2018
12:16
4973

900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda müəllimlərin əməkhaqqı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev nazirliyin illik hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 2014-2017-ci illərdə Azərbaycanda 134 136 müəllim diaqnostik qiymətləndirmədən keçib: 

“Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat maaş alır”.

Şöbə müdiri qeyd edib ki, müəllimlərin 3,5 faizinin maaşı 900 manat və yuxarı əməkhaqqı alır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri